ABŞ Dövlət katibi Con Kerrinin Moksvaya gətirdiyi çantada Vladimir Putin və Sergey Lavrovla aparacağı danışıqlara aid sənədlər vardı.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib. O, bu sənədlərin konkret olaraq nədən ibarət olduğunu deməyib.
 
Qeyd edək ki, Kerri martın 24-də Moskvaya səfər edib. Səfər zamanı o özü ilə Rusiyaya xüsusi çanta da gətirib. Sonradan jurnalistlər bu çantada nəyin olduğunu soruşanda Kerri onlara "bu mənimlə Putinin sirridir" deyə cavab verib.