Bakıda gənc oğlanın kürəyinə 4 bıçaq zərbəsi vurulub.

Unikal.org xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Quluzadə Aydın Adil oğlu tanışı (hələlik adı açıqlanmır) ilə mübahisə edib. Bu zaman tanışı A.Quluzadənin kürək nahiyəsinə 4 bıçaq zərbəsi vurub və hadisə yerindən qaçıb. A.Quluzadə xəstəxanaya yerləşdirilib.

Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin izinə düşüb.

Faktla bağlı araşdırma aparılır.(report)