Neftçala rayonunun Duzdağ adlanan ərazisindəki qışlaqda 2000-ci ildə anadan olmuş Qasımova Aytac Əhmədağa qızı ov tüfəngi ilə özünü vuraraq intihar edib.
Unikal.org bildirir ki, rayon sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, Aytacın ailəsi heyvandarlıqla məşğul olmaq üçün Lerik rayonundan Neftçalaya gələrək qışlaqda yaşayır.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.