"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planların olması barədə açıqlama ilə çıxış edib. Ancaq amerikalı həmsədr planın detallarını açıqlamır.

Politoloq həmsədrlərin sonuncu səfəri ilə bağlı da danışıb. Onun sözlərinə görə, həmsədrlərin turistik səfərlərinin heç bir əhəmiyyəti yoxdur: "Sonuncu səfər tərəfləri sakitləşdirmək məqsədi daşıyır. Apreldə və sonrakı aylarda cəbhə bölgəsində vəziyyətin gərginləşəcəyindən qorxurlar. Ona görə də "3 mərhələli plan var deyə sakitləşdirici açıqlamalar verirlər. Özləri də konkretliyə getmirlər. Bəzən diplomatlar deyirlər ki, məsələnin 95 faizi razılaşdırılıb. Bu, bəlkə də belədir. Amma bütün prinsipial məsələ məhz, o həll olunmayan 5 faizdə cəmləşir. Məsələnin həlli yolu da bəlldir. Ermənistan hakimiyyətinə təsir edib, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirmək lazımdır. Hələ ki həmsədrlər bunu həyata keçirmirlər.
Həsən Babayev