AXCP-nin qurultayında partiya sədrliyinə namizəd olmuş Sahib Kərimlini partiya sıralarından çıxarılıb.
Unikal.org bildirir ki, bu barədə Sahib Kərimlinin sosial şəbəkədə məlumat yayıb.
Partiyadan çıxarılması ilə bağlı danışan S.Kərimli deyib ki, dəfələrlə Əli Kərimlinin təşəbbüsü ilə AXCP Rəyasət Heyətində və Şəki rayon təşkilatında məni partiyadan çıxarmaqla bağlı müzakirələr açılsa da, qərar qəbul etmək mümkün olmamışdı: "İndi məlum olur ki, şöbə sədri facebook profilində qeyd yazıb ki, Şəki şöbəsinin məclisində guya yekdilliklə qərar qəbul edilib ki, partiyadan xaric olunum. Bütün saxtakarlıqları bir tərəfə, təkcə onu qeyd edim ki, Məclis sədri Elşad Həsənovla əlaqə saxladım, onun bu qərardan xəbəri yoxdur.
S.Kərimli deyib ki, Əli Kərimli 2018-ci ilə kimi ona tanıdığı zamanı gözləməyə cəsarət etmədi: "İctimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və antidemokratik yolla susdurmaq yolunu tutdu.
Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacam.
Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir. Qərara qarşı bu gün başlayacağım fəaliyyəti öz lehinə çevirib, ictimai rəyi yenidən çaşdırmasına imkan verməyəcəm.