Əli Kərimlinin təşəbbüsü ilə AXCP Rəyasət Heyətində aparılan müzakirələrdən sonra Şəki rayon şöbəsinin üzvü Sahib Kərimov partiya sıralarından xaric edilib.

O, Unikal.org-a açıqlamasında bildirib ki, qanuni yollarla onun partiyadan çıxarılması ilə bağlı verilən qərarın saxta olduğunu sübut edəcək: "Partiyaya üzvlüyümü bərpa edəcəyəm. 2018 ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacam.

Partiyadan uzaqlaşacağınız təqdirdə siyasi təşkilat yaratmaq fikirləriniz varmı? sualına sabiq AXCP-üzvü belə cavab verib: "Bu kimi fikrim yoxdur. Əlavə heç nə demək istəmirəm. Mənim partiyadan uzaqlaşdırılmağıma səbəb sırf Əli Kərimli haqqında təndiqi fikirlər səsləndirməyim olub.

Həsən Babayev