Xəbər verildiyi kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə iki ərəfli görüş keçirəcək.
Politoloq Fikrət Sadıqov prezidentlərin görüşünü Unikal.org-a şərh edərkən bildirib ki, Ərdoğanla Obamanın görüşü qaçılmaz idi: "Hər iki ölkə başçısını narahat edən kifayət qədər məsələlər var. Xüsusilə Yaxın Şərq regionunda, Suriyada baş verən hadisələrs, kürd probleminin həll olunması məsələsinə müəyyən mövqelərdən münasibətlər fərqlidir. Bu görüşdə qeyd etdiyim mövzular ətrafında fikir mübadiləsi aparılacaq və dediyim məsələlər müzakirə predmeti olacaq.
F.Sadıqovun sözlərinə görə, görüş iki ölkə arasındakı münasibətlərin inişafına təkan verəcək:"Türkiyə NATO-nun üzvüdür, ABŞ-ın yaxın partnyorudur və bir çox məsələlərdə mövqeləri üst-üstə düşür. Hesab edirəm ki, qeyd etdiyim kürd məsələsinə görə bir razılıq əldə olunmalıdır. Ümumilikdə bu görüş iki ölkə arasındakı münasibətlərin inişafına təkan verəcək"
Qeyd edək ki, daha əvvəl "Wall Street Journal" nəşri ABŞ prezidenti Barak Obamanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etdiyini yazmışdı.
Həsən Babayev