Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamı Rza Zərabbın ABŞ-da tutulmasına münasibət bildirib.
ABŞ-a uçmazdan əvvəl hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti bu barədə belə deyib:
"Bu məsələ ölkəmizi maraqlandıran bir mövzu olmadığı kimi, bir "çirkli pullar"ın "yuyulması" məsələsidir, ya yox – bir əsas olmadan bu barədə şərh vermək doğru deyil.
"Çirkli pullar"ın atası Pensilvaniyada oturub. Onlara yönəlik addım atdılarmı?
Yenə çox ilginc ittihamlar irəli sürdülər. "Paralel dövlət" strukturunun Amerikada təhsil və təlim qurumları var.
Amerikanın "Çharter" məktəblərini çox gözəl "üyütdülər". Öncə bunlara yönəlik addım atsınlar. Biz onlara da xəbərdarlıq etdik.
Rza Zərrabla bağlı bir şey varsa, Rza bəyin vəkilləri lazım olan cavabı verəcəklər. Doğrudan, bizi maraqlandıran bir şey deyil". (Gün.Az)