Pakistanın Milli Assambleyasının spikeri mayda Azərbaycana səfər edəcək. 

Unikal.org xəbər verir ki, bu barədə apa-ya Pakistanın Azərbaycandakı səfiri Mohmand Xan deyib. Diplomatın sözlərinə görə, Milli Assambleyanın spikeri Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunların açılış mərasimində iştirak edəcək. 

Həmçinin Pakistanın idman nazirinin də İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcəyi gözlənilir.