Departamentin səlahiyyətləri yeni yaradılan quruma verilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilib.
Məlumata görə, ləğvetməyə səbəb onun səlahiyyətlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsidir.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Nigar Ramiz qızı Məmmədova Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib.