Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

"Əgər biz bunu könüllü etməsək, onda bu torpaqlar sanksiyalarla alınacaq. Dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır. Əgər Serj Sarkisyan bu yol ilə gedərsə, mən sona kimi onun yanında olacam".