Sumqayıtda quldurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elbrus Məmmədovun və Rəşad Sadıqovun digər cinayət əməlləri müəyyən edilib.

Bu baarədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, quldurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elbrus Məmmədovun və Rəşad Sadıqovun ətrafında Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların martın 19-da şəhər ərazisində Masallı rayon sakini Vüqar Nəhmətovu bıçaqla hədələyərək 21 manat pulunu, mobil telefonunu və gödəkçəsini aldıqları da müəyyən edilib.