Bakıda dəhşətli qətl törədilib.
Unikal.org trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A. Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb. Hadisəni törədən İ. Cəlilov qaçıb. A. Cəlilova qan itirməsindən ölüb.
Hadisəni törədən İ. Cəlilov polisə könüllü təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.