Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında Azərbaycan Tibb Assosiasiyasının Anesteziologiya və Reanimatologiya Dərnəyinin növbəti seminarı keçirilib.

Unikal.org-un məlumatına görə, seminarda "Sepsis və onun müalicəsi", "Neyroaksial blokadalar və onların praktik istifadəsi", "Periferik sinir blokadaların müasir anesteziologiyada yeri" mövzularında leksiyalar dinlənilmiş və diskussiyalar aparılıb.

Seminarda ölkənin müxtəlif xəstəxanalarından 150-dən artıq anestezioloq-reanimatoloq iştirak edib.