Xəbər verdiyimiz kimi bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib.

Ü.Cəfərov qeyd edib ki, ötən il Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tam olaraq döyüş əməliyyatlarına cəlb olunmamışdı: "Ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərimizi 3 gün ərzində çox da böyük güc sərf etmədən ordumuzun nəzarətinə qaytardı. Düşmənin həmləsi dəf edilərkən Lələtəpə yüksəkliyi nəzarətə götürüldü. Əsgərlərimiz Naftalan və Goranboya təhlükə yaradan, Talış kəndi ətrafındakı strateji yüksəklikləri düşməndən azad etdi. Bunun özü çox böyük hərbi-siyasi əhəmiyyət kəsb edir. Azərbaycan əsgəri böyük güc sərf etmədən qısa müddətdə həmin əraziləri Azərnaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytardı. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək
Həsən Babayev