"Demokratik Qüvvələrin Milli Şurasından Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Bunu unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətin (BŞİH) ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

O əlavə edib ki, Milli Şuradan mitinqin keçirilməsi ilə bağlı şəhər İcra Hakimiyyətinə müraciət daxil olub.

"Müraciətdə yaxın günlərdə baxılacaq. Baxıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq həmin gün bu məsələ rəsmi cavab məktubunda öz əksin tapacaq.

Qeyd edək ki, Milli Şura aprelin 9-da "Məhsul stadionunda mitinq keçirməyi planlaşdırır. Qurumun Koordinasiya Mərkəzinin martın 29-da keçirilən iclasında Bakıda mitinqlərə başlamaq barədə qərar verilib. Qərara alınıb ki, aprelin 9-da "Məhsul stadionunda mitinq keçirilisin.


Amid