Prezident İlham Əliyev Vahid Əhmədovun "Şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sənədə əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vahid Qazməmməd oğlu Əhmədov "Şöhrət ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd kəndində anadan olub. Hazırda Milli Məclisin deputatıdır.