Baş Prokurorluq bir neçə vaxtdır mediada müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbərinin Səfər İmanovun vətəndaşı işə düzəltmək adı ilə ondan külli miqdarda pulunu alaraq aldatması ilə əlaqədar açıqlama yayıb.
Unikal.org-un məlumatına görə, "Qafqazinfo"ya daxil olan məlumatda bildirilib ki, məsələ ilə bağlı Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı qeyd olunan Komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsi müəyyən olunub.
"Qafqazinfo"ya daxil olan məlumatda bildirilib ki, məsələ ilə bağlı Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı qeyd olunan Komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsi müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.