Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin saxlanılmasına aydınlıq gətirib.

Unikal.org-un məlumatına görə, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.