"Fəxrəddin Abbaszadənin ermənilərin tədbirində iştirakı məni hiddətləndirir. Təəssüf ki, içimizdən belələri də çıxır".
Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri bildirib ki, Ələkrəm Hümmətov bir vaxt ona Lənkəranın şeyxi olmasını təklif edib: "Dedim, başın xarabdı, mən bütün Qafqazın şeyxiyəm. Fəxrəddin Abbaszadə, Ələkrəm Hümmətov kimi insanlar satqın, xaindirlər. Biz moizələrimizdə belə məsələləri də nəzərə çatdırmalı, bizə qarış təbliğat aparanlara sözümüzü deməliyik".