Xəbər verdiyimiz kimi bir neçə gündür yumurtanın satış qiyməti 2 dəfə ucuzlaşıb. Bir müddət əvvəl ədədi 0.16 AZN-ə satılan yumurtanın qiyməti, hazırda 0.07-0.08 AZN təşkil edir.

E.Hüseynov bazara keyfiyyətsiz yumurta çıxarılmasının da istisna edilmədiyini vurğulayıb: "Hazırda inqubator sezonudur. Cücə çıxması üçün külli miqdarda yumurta inkubatorlara qoyulur. Burada 3 gün sonra hansı yumurtadan cücə çıxmayacağı müəyyən olunur. Yararsız sayılan həmin yumurtalar inkubatordan kənarlaşdırılır. Belə yumurtaların da satışa çıxarılması istisna deyil.
Həsən Babayev