Bakıda şadlıq evlərindən birində keçirilən toy mərasimində dava-dalaş olub.
Unikal.org lent.az-a istinadən bildirir ki, N.Tusi küçəsində yerləşən "Movida Plaza" şadlıq sarayında baş tutan məclis zamanı 1954-cü il təvəllüdlü Məmmədov Cavanşir İrşad oğlu xuliqanlıq zəminində döyülüb. Hadisəni törətmiş 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu polis tərəfindən saxlanılıb. C.Həsənov izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Faktla bağlı 35-ci Polis Bölməsində araşdırma aparılır.