"Qapılar bağlanır, növbəti stansiya Dərnəgül..." bu sözləri Bakıda ictimai nəqliyyat kimi metrodan istifadə edən hər kəs eşidib.
 
Unikal.org-un Avtosfer.az-a istinadən məlumatına görə, Space TV həmin məşhur sözləri təkrarlayan xanımın kim olduğunu öyrənib. Çoxunun üzünü görmədiyi həmin xanım İradə Ağayevadır.
O, adını səsləndirməyi ən çox sevdiyi stansiyanı da açıqlayıb: "İçərişəhər stansiyası..."
 
Unikal.org videonu təqdim edir: