Ağcabədidə 3 yaşlı uşaq su kanalında batıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu ərazisində, süni suvarma kanalında (ən yaxınlıqdakı məntəqədən 170 km aralıda, nəzarətsiz ərazidə) 2014-cü il təvəllüdlü, Quliyev Yasin Xəyyam oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Quliyev Yasin Xəyyam oğlunun cəsədi batdığı yerdən 8 km aralıda çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat 22:45-də başa çatıb.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Ağcabədidə 3 yaşlı uşaq su kanalında batıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu, Ağcabədi şəhərində 2015-ci il təvəllüdlü Quliyev Yasin Xəyyam oğlunun kanalda batması barədə məlumat daxil olub.

Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.