Sankt-Peterburqda metroda baş vermiş terror aktından sonra Bakı metrosunda əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac yoxdur.

Bu barədə Unikal.org-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, onsuz da Bakı metrosunda təhlükəsizlik maksimum səviyyədə təmin edilib: "Ümumiyyətlə, metroda təhlükəsizlik tədbirləri elə görülüb ki, metrodan istifadə edən sərnişinlərin narahatlığına əsas yoxdur. Onlar ççox rahat şəkildə metrodan istifadə edə bilərlər".

Qeyd edək ki, saat təxminən 16 radələrində Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Sennaya ploşad" və "Texnologiçeskiy institut" stansiyalarında partlayış baş verir. İlkin məlumatara görə, terror aktı nəticəsində baş verən partlayış zamanı 10 nəfər ölüb, 50-dən çox yaralı var. Yaralılar arasında uşaqların da olduğu qeyd olunur.