Xəbər verdiyimiz kimi, Rusiyanın Sank-Peterburq şəhərində metroda törədilən terror aktı aktında həlak olanlar arasında azərbaycanlı Dilbarə Əliyeva da var.

Rusiyadakı azərbaycanlı dispor rəhbəri Zülfüqar Mirzəyevin Unikal.org-a verdiyi məlumata görə, dünyasını dəyişən xanımın cənazəsi valideyinlərinə verilməyib: "Yaxın saatlarda həmyerlimizin cənazəsi valideyinlərinə təhvil veriləcək". 

Z.Mirzəyev həmçinin vurğulayıb ki, Dilbarə Əliyeva Rusiya vətəndaşı olduğu üçün mərhumə doğulub boya-başa çatdığı Sank-Peterburqda dəfn olunacaq. 

Qeyd edək ki, həyatını itirən xanım Rusiyada doğulub. Onun bu ilin oktyabr ayında 21 yaşı tamam olacaqdı.