2017-ci ilin mart ayında ölkə enerjisi sistemində 1,993 mil¬yard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən  daxil olan  məlumatda bildirilir.

"Azərenerji ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,964 milyard kilovat-saat olub.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.

Müqayisə üçün göstərək ki, ötən ilin mart ayı üzrə enerji sistemdə1,943, "Azərenerji ASC-də isə 1,915 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.