Aprelin 9-da keçiriləcək imtahanlarda iştirak edən şəxslər "İmtahana buraxılış vərəqəsini çap edə bilər.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsini çap edə bilər.

"İmtahana buraxılış vərəqəsini çap etmək üçün DİM-in saytının müvafiq səhifəsinə daxil olub "şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etmək lazımdır. "İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, saat, "Yaddaş kitabçasından çıxarış və s. zəruri məlumatlar əks olunur.

Bakalavrın imtahana buraxılış vərəqəsi (magistratura)

Namizədin imtahana buraxılış vərəqəsi (rezidentura)

Abituriyentin imtahana buraxılış vərəqəsi (Azərbaycan dili fənni)

İmtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi və "imtahana buraxılış vərəqəsini özünüzlə gətirməyi unutmayın.