Bakıda fəaliyyət göstərən taksi xidmətlərindən biri ilə bağlı ittiham irəli sürülüb.
Unikal.org xəbər verir ki, bu barədə gənc fəal Rəsul Rəsulov sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, *8844 "City Taxi" xidmətində çalışan sürücü dostunu təhqir edib: "Dünən saat 23:12 radələrində qız dostumu evə yola salırdım, "City Taxi"yə müraciət elədim. Göndərdikləri taksi sürücüsü yolda qadınların alt paltarları barədə söhbət açıb və xanımdan "necə alt paltarı geyinirsiz?" soruşub. Hadisəylə bağlı sürücüyə zəng vurdum, ilk öncə inkar etsə də, sonradan boynuna almalı oldu.
Eyni məsələnin başqa bir xanımın başına gələ biləcəyini şübhə etməyib, operatora şikayət etməyi borc bildim. Operator xanım belə də olmalıymış kimi hadisəni qəbul elədi.
Şikayətimizə baxılmaması isə "City Taxi"nin məsuliyyətsiz bir şirkət olduğunu göstərir".(qafqazinfo.az)