Vəzifəli şəxs həbs edildi
12:29 11-07-2012
İQTİSADİYYAT
Vəzifəli şəxs həbs edildi
Azərbaycanda daha bir tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun verdiyi məlumata görə, "Şərq-M" Mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə vətəndaşların aldadılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Əzizov 2007-ci ildə alğı-satqı müqaviləsi əsasında "Şərq-M" Mənzil-tikinti kooperativinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 204 saylı ünvanda inşa edilmiş 12 mərtəbəli yaşayış binasında üç mənzil alaraq kooperativə ümumilikdə 111 min 900 manat məbləğində vəsait ödəyib. MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə edərək həmin mənzilləri müxtəlif tarixlərdə bağlanmış alğı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını ələ keçiriblər.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Şərq-M" MTK-nın vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Azərbaycanda daha bir vəzifəli şəxs isə rüşvət alarkən həbs edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz hərəkətləri barədə Abşeron rayonu sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb edib.
Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində iyulun 9-da E. Cahangirov komissiyanın inzibati binasında vətəndaşdan 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Fakta görə E. Cahangirov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. E.Cahangirov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40