Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları rayon sakini Vasif Əliyevə məxsus 3 ədəd konteyneri oğurlamaqda şübhəli bilinən İslah Kərimovu saxlayıb. Polisə gətirilən 24 yaşlı İslah Vasif Əliyevə məxsus konteynerləri kran vasitəsilə yük avtomobilinə yükləyib aparmasını etiraf etsə də, bunun oğurluq olmadığını deyərək, istintaqda çaşqınlıq yaradıb.
Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saxlanılan şəxsin sözlərinə görə, Vasif adlı şəxs ona zəng vuraraq pula ehtiyacı olduğu üçün konteyner satmaq istədiyini bildirib. O da konteynerləri Vasifdən alaraq başqa adama satıb. Araşdırmalar zamanı zərərçəkənin İslah Kərimovu tanımaması və onunla zəngləşməməsi müəyyənləşdirilib.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində CM oğurluq maddəsi ilə cinayət işi başlanıb.