Sumqayıtda qətl törədilib.
Unikal.org Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ramin Cəbrayılov aralarında yaranmış mübahisə zəminində qonşusu Asif Xəlilovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən R. Cəbrayılov polisə könüllü təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.