Rusiya polisi Ağayar adlı azərbaycanlının rəhbərliyi ilə keçirilən "sxodka"nın qarşısını alıb.
Unaikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, "sxodka" adıçəkilən avtoritetin özünə ad günü keçirməsi məqsədilə təşkil edilib. Yekatrinburqda baş tutan toplantı polisin müdaxiləsi ilə yarımçıq qalıb və 200 avtoritet saxlanılıb.
Baş verən hadisə ilə bağlı Azərbaycanın bu şəhərdəki baş konsulu Sultan Qasımov da münasibət bildirib. Dünən əməliyyat keçirilən yerə gedən diplomat qeyd edib ki, onlar azərbaycanlılardır, lakin Rusiya vətəndaşlarıdır:
"Buna görə də diplomatik nümayəndəlik bu məsələ ilə bağlı şərh vermir. Hər şey Rusiya qanunları ilə olmalıdır".
Məlumata görə, saxlanılan avtoritetlər arasında Zaur Həsənov, Əli, Cavanşir, Vaqif adlı azərbaycanlılar da olub.