Əməkdar artist Cavanşir Məmmədovu vuran "Cəbo" haqqında Unikal.org araşdırma aparıb. Əldə etdiyimiz məlumatlara görə, 4 uşaq atası əslən Cəbrayıl rayonundan olan Cəmil 4 dəfə mühakimə olunub. Sonuncu məhkəməsi bir neçə ay əvvəl keçrilib.
Apardığımız araşdırmalar nəticəsində o da məlum olub ki, "Cəbo" Bakıda Avropa Oyunları keçirilən zaman xarici vətəndaşı döydüyü üçün həbs edilib.
Xatırladaq ki, əməkdar artistin vurulması ilə bağlı artıq 35-ci polis bölməsinə video subutda təqdim edilib.
Həsən Elbrusoğlu