Bakı Metropoliteni QSC-nin "Xalqlar dostluğu stansiyasının təmirə bağlanan keçidləri bu ilin may ayına qədər istifadəyə veriləcək.

Bunu Unikal.org-a açıqlamsında qurumun mətbuat xidməti və ictiamiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib. O, qeyd edib ki, IV İslam Həmrəylik Oyunlarına görə keçidlərdə lazimi istiqamətverici lövhələr də qurlaşdırılacaq.

Qeyd edək ki, 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək olan tarixi əhatə edəcək.