Aprelin 6-da Azərbaycan DİN Cinayət axtarışı idarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov azadlığa çıxıb.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş general qapalı Qobustan həbsxanasından həbs müddətinin 2/3 hissəsini çəkdikdən sonra buraxılıb.
Məlumata görə, prezidentin əfv fərmanına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuşdu.
Xatırladaq ki, Zakir Nəsirov 2005-ci ilin martın 10-da tutulub və ömürlük həbs cəzasına məhkum edilmişdi.