Sumqayıtda qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı növbəti reyd keçirilib.

Unikal.org ARB 24-yə istinadən bildirir ki, xəbər verir ki, reyd zamanı müvafiq kateqoriyası olmadan avtobus idarə edilməsi, nəqliyyat vasitələrində əlavə oturacaqların quraşdırılması və normadan artıq sərnişin götürülməsi kimi faktlar müəyyənləşdirilib. Qaydaları pozan sürücülər barəsində inzibati protokollar tərtib olunub, nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

Cavanşir İmanov (sürücü): "Maşın çatışmadığına görə camaat minib. Mənim heç xəbərim yoxdur. Mən də məcbur aparmalıyam. Düşürdə bilirsizsə, gedin düşürdün. Düşürtmək olmur. Dalaşmalıyam mən sərnişinlə?"