Təhsil Nazirliyi tərəfindən Sabirabadın Qəfərli kənd ibtidai məktəbi üçün modul tipli yeni məktəb binası quraşdırılır.

40 şagird yerlik binanın tikintisinə bu ilin fevral ayında başlanılıb. Bina nazirliyinin təsərrüfat hesablı tikinti idarəsi tərəfindən quraşdırılır. İş icraçısının sözlərinə görə tikinti -quraşdırma işləri may ayının axırına qədər başa çatdırılacaq.