![](http://unikal.org/uploads/posts/2016-03/1459439489_0nv361uq2k1sp1834qhtvhdbq6heydar_aliyev_center_merke.jpg)
Məşhur qadın memar Zaha Hadid bu gün 65 yaşında Mayamidə vəfat edib.
Unikal.org BBC-yə istinadən verdiyi məlumata görə, İraq əsilli Z. Hadid bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından dünyasını dəyişib.
Xanım memar dünyaca məşhur bir sıra komplekslərin, o cümlədən 2012-ci ildə London Olimpiya Oyunlarının keçirildiyi binalardan biri olan London Su İdman Növləri Mərkəzinin və Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı olub.
![](http://unikal.org/uploads/posts/2016-03/1459439471_3772.jpg)