Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  Zığ şossesində "KİA və "VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər - 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.