Bakıda dönərxanada yanğın olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən "Döner House" adı ilə fəaliyyət göstərən iaşə obyekti yanıb.

Yanğın FHN-in yanğın söndürmə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Yanğına səbəb kimi elektrik naqillərinin birləşməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.