Aparıcı Xoşqədəm Hidayətqızı ötən il anadan olan əkizlərinin üzünü gizlətməyinin səbəbini açıqlayıb.

Unikal.org-un məlumatına görə, aparıcı "Bizə danış verilişində bildirib ki, əkizlərinin nəzərə gəlməsindən qorxur:

"Deyirlər, əkizlərinizin fotosunu niyə paylaşmırsınız? Qeyri-səmimi deyiləm. Ona görə də yalan deməyəcəyəm. Nəzərə, gözə inanıram. Bundan qorxuram. Təkcə pis nəzər yoxdur ki, sevgidən də insana göz dəyir

Qeyd edək ki, türkiyəli müğənni Doğuşla evli olan X.Hidayətqızının ilk evliliyindən də bir oğlu var. Mayın 6-da isə onun əkizlərinin bir yaşı tamam olacaq. Bu yaxınlarda isə Doğuş Türkiyədə verilişlərdən birində açıqlama verərək, qız övladının olması üçün süni mayalanma edəcəklərini bildirib.