İyirmi ildir evli olan 4 uşaq anası ərinin külli miqdarda pul xərcləməsi, bu pulları rüşvət almaq yolu ilə qazanması ittihamı ilə polisə şikayət edib. Unikal.org-un məlumatına görə, Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda yaşayan Sevgi B. və Mahmud. B indiyə qədər sakit həyat yaşayaraq 4 övladlarını böyütmək üçün səylər göstərib. Yol polisində işləyən Mahmud. B son aylar aldığı əmək haqqından dəfələrlə çox pul xərcləyirmiş. Bu fakt yol polisinin həyat yoldaşını düşündürüb. Sevgi. B həyat yoldaşının son dövrlər daha çox pul xərcləməsindən şübhələnərək Bakirköy prokurorluğuna müraciət edib. Ərindən şikayət edən qadın ifadəsində aşağıdakıları bildirib: "Ərimin rüşvət almasından şübhələnirəm. Çünki onun xərcləri aldığı əmək haqqından dəfələrlə çoxdur. Ərimin rüşvət almasını görməmişəm. Lakin dörd ay əvvəl bir vətəndaş evimizə gələrək zərfin içində ona məbləğini bilmədiyim pul verdi". Bu ifadədən sonra prokurorluq araşdırmaya başlayıb. Məlum olub ki, Mahmud. B, Hüseyn.O və digər polis əməkdaşları birlikdə hərəkət ediblər. Araşdırmanın sonunda polislərin rüşvət alması təsdiqini tapıb. Bundan dərhal sonra 46 polis "rüşvət alma, rüşvət vermə və vasitəçilik etmə" ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Mahmud. B-yə 31 ilə qədər, Hüseyn. O-ya isə 18 ilə qədər həbs istənilib. Digər polis əməkdaşlarına qarşı isə səlahiyyətlərini aşmaq maddəsi ilə ittiham irəli sürülüb.
Digər Xəbərlər
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55