Türkiyənin Diyarbəkir bölgəsində silahlı insident baş verib.

Kənd məktəblərindən birində yerləşən seçki məntəqəsinin qarşısında qohumlar arasında dava düşüb.

Dava zamanı iki nəfər atışmada öldürülüb. İdris Yıldız adlı şəxs isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.