Bakıda dəhşətli qəzada yanaraq ölən 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə zərərçəkmişlərdən biri olduğu məlum olub.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, istintaq matreallarında G.Quliyev digər zərərçəkmiş Namiq Orucovun sürücüsü vəzifəsində çalışdığı göstərilib.

O, istintaqda zərərçəkənmiş şəxs kimi tanınıb. G.Quliyev aprelin 12-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə ifadə verib.

F.Quliyev dindirilərkən istintaq zamanı verdiyi ifadəni təsdiqləməyib. Bildirib ki, 2015-ci ildə N.Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G.Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını bildirib.
Qeyd edək ki, dəhşətli qəza aprelin 14-də saat 8:00 radələrində Suraxanı rayonu ərazisində - Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi "KİA markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi "VAZ-2104 markalı avtomobilə vurub və "VAZ markalı avtomobildə yanğın baş verib. Nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.