Yüksək Texnologiyalar Parkının rəhbəri Seymur Ağayev vəzifəsindən istefa verib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən parkın rəhbəri Seymur Ağayev öz istəyi ilə işdən ayrılıb. Hələlik onun vəzifəsini icraçı direktor Kənan Bayramov həyata keçirir.
