Sosial şəbəkələrdə əxlaqsız yuva görüntüləri yayımlanıb.

Unikal.org A24.Az-a istinadən xəbər verir ki, görüntüdə bir şəxs gizli kamera ilə daxil olduğu obyektin bir neçə otağında çəkiliş aparır. Otaqlarda çarpayıda uzanıb müştəri gözləyən qadınların olduğu açıq görünür. Pritonun Azərbaycanda olduğu isə videonun sonunda bəlli olur. Görüntünü lentə alan şəxs qarşısındakı qadına 20 AZN pul verir. Qadın pulu götürdükdən sonra həmin şəxsə qalıq olaraq 5 AZN qaytarır.

Otaqların şəraiti və ümumi görüntüdən obyektin Azərbaycanın rayonlarından birində yerləşdiyi güman edilir.