Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən alınaraq Prezidentin İşlər İdarəsinə verilib.

Unikal.org-a daxil olan məlumata görə, Avtovağzal Kompleksi Prezidentinin İşlər İdarəsinin "Nəqliyyat məsələləri sektoruna verilib.

Xatırladaq ki, sözü gedən Kompleks keçmiş Nəqliyyat Nazirliyinə tabe olub. Prezidentin 2017-ci il fevral ayının 13-də imzaladığı sərəncama əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və sözügedən Kompleks bu dövlət təşkilatına tabe oldu.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə sorğu göndərsək də,  rəsmi münasibət bildirilmədi. 

Elvin Rüstəmov