Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib.

Unikal.org-un məlumatına görə, bu barədə Şuranın iclasının yekunları ilə bağlı yayılan açıqlamada bildirilir.

Hazırda qüvvədə olan fövqəladə vəziyyət rejimi aprelin 19-da başa çatır. Ölkədə fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda çevrilişə cəhddən sonra tətbiq edilib.

Bundan əvvəl Türkiyənin baş naziri Binali Yıldırım böyük ehtimalla fövqəladə rejimin iyuladək qüvvədə qalacağını bildirib.