"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişində namizəd olan azərbaycanlı Əli Əkbər və Naz Milanın bəy-gəlin fotoları yayılıb.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, Zuhal Topal Nazla Əlinin toy fotolarını görəndə çox təəccübləndiyini və onların nə zaman çəkildiyini soruşub. Naz toy fotosessiyasını sevgili olduqları vaxtda çəkildiyini etiraf edib. O, bu fotoların təkcə onda və Əlidə olduğunu, verilişin çəkiliş heyətinə də özü verdiyini bildirib.

Əli şəkillərin nümayiş olunmasına əsəbiləşib. O, bunda Nazı günahlandırıb:

"Bu fotoları Naz yayıb. Amma çəkdirəndə mənə söz vermişdi ki, ancaq məndə qalacaq. Belə bir şey arzuladı, mən də onun istəyini gerçəkləşdirmək istədim. Şəkilləri niyə veriliş rəhbərliyinə verib? Çox maraqlıdır, Naz niyə belə bir şey etdi? Mənə söz vermişdi ki, ancaq özündə qalacaq. Bu şərtlə razılaşmışdım. Deyirdi ki, xəyalım səninlə bəy-gəlin libasında fotolarımızın olmasıdır. Bu, sadəcə bir fotosessiya idi.

Naz isə bu fotoların onun xahişi ilə lentə alındığını söyləyib:

"Bir gəlinlik kirayə götürdük, toy məkanlarından birinə getdik. Bəy kostyumunu Əliyə mən hədiyyə etdim. Söz vermişdim ki, şəkilləri yaymayacam, heç kim bilməyəcək. Amma mən, bəzən verdiyim sözü poza bilərəm. Mən onun üçün dəyərli olmasaydım, bununla razılaşmazdı. İstədim ki, aramızda olanları hamı görsün.